10 sentyabr 2025 13:50
116

AK rəhbəri Aİ-nin xarici siyasət qərarlarında yekdillikdən imtina etməyə çağırır

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen xarici siyasət qərarlarının qəbulu üçün Aİ-də yekdillik qaydasının ləğvini təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz müəyyən sahələrdə, o cümlədən xarici siyasətdə səs çoxluğuna keçməliyik”, - deyə, o, qeyd edib.

O bildirib ki, Aİ-nin yekdilliklə səsvermə praktikasından qurtulmasının vaxtı çatıb.