10 sentyabr 2025 14:50
117

Kir Starmer Polşadakı insidentlə bağlı: Bu, Rusiya tərəfindən atılan məsuliyyətsiz addımdır

Böyük Britaniyanın Baş naziri Kir Starmer "Arzuedənlər koalisiyası"nın Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmağa davam edəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" xəbər verib.

K.Starmer deyib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) NATO üzvü olan ölkənin (Polşa - red.) ərazisinə müdaxiləsi son dərəcə narahatedici və məsuliyyətsiz addımdır".

Baş nazir həmçinin polşalı həmkarı Donald Tuskla telefon danışığı apardığını və ona dəstəyini ifadə etdiyini söyləyib.

O vurğulayıb ki, bu insident Ukrayna xalqının üzləşdiyi çətinlikləri nümayiş etdirir.

"Rusiya tərəfinin atdığı bu son dərəcə məsuliyyətsiz addım bizə Prezident Putinin sülhə qarşı açıq-aşkar etinasızlığını və günahsız ukraynalıların hər gün davamlı atəşə məruz qaldığını xatırladır", - o qeyd edib.

K.Starmer əlavə edib ki, o və "Arzuedənlər koalisiyası" Ukraynada ədalətli və davamlı sülh əldə edilənə qədər Rusiya Prezidentinə təzyiq göstərməyə davam edəcəklər.