İsrailin təhlükəsizlik siyasəti düşmənlərini onların olduqları yerdən asılı olmayaraq məhv etməkdən ibarətdir.
“İki sahil” "Ynet Global"a istinadən xbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats Dohada HƏMAS nümayəndələrinə zərbə endirilməsini şərh edərkən bildirib.
"İsrailin təhlükəsizlik siyasəti aydındır – onun uzun əli hər yerdə düşmənlərinə çatacaq. Onların gizlənə biləcəyi heç bir yer yoxdur. 7 oktyabr qırğınında iştirak edən hər kəs tam məsuliyyətə cəlb olunacaq", - o deyib.
İ.Kats əlavə edib ki, əgər HƏMAS bütün girovların azad edilməsi və tam tərksilahla bağlı İsrailin şərtlərini yerinə yetirməsə, qruplaşma məhvə, Qəzza isə xarabazarlığa çevrilməyə məhkumdur.