Ukraynadan Gürcüstana gətirilən heksogen maddəsi ilə bağlı alınan izahatlar və etiraflar sübut edir ki, düşmən sakitləşməyib. Onlar Gürcüstanda dövlət çevrilişi, qan tökülməsi, inqilab və insanlar arasında qarşıdurma təşkil etmək üçün bütün cəhdləri edirlər.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze söyləyib.
“Bu, çox ağır faktdır. Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına qabaqlayıcı tədbirlərə görə təşəkkür edirəm. Bildiyimə görə, istintaq davam edir. Suallar çoxdur, gözləmək lazımdır. Bu cinayət növü ilə məşğul olmaq çox ağır faktdır”, - deyə Kaladze vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir