Rusiya Prezident Administrasiyası (PA) rəhbərinin keçmiş müavini Dmitri Kozak bir qədər vaxt aparacaq istirahətdən sonra karyerasını necə davam etdirəcəyinə qərar verəcək.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Belə olan halda mən sizə Dmitri Nikolayeviçin iş planları barədə məlumat verə bilmərəm”, - mətbuat katibi jurnalistlərə cənab Kozakın gələcək planları barədə sualı cavablandırarkən deyib. O, yəqin ki, bir müddət istirahət etdikdən sonra karyerasını necə davam etdirəcəyinə qərar verəcək”.
Dmitri Kozakın istefası sentyabrın 18-də elan edilib. O, 25 ildən artıq müxtəlif federal vəzifələrdə çalışıb. Onun rəhbərlik etdiyi strukturlar ləğv edilib, onların yerində administrasiyanın tərkibində Strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə yeni şöbə yaradılıb və bu şöbə Aparat rəhbərinin birinci müavini Sergey Kiriyenkonun nəzarətinə keçib.