23 sentyabr 2025 14:45
441

Moskvada daha iki PUA məhv edilib

Moskva meri Sergey Sobyanin paytaxtda Ukrayna Silahlı Qüvvələrinə məxsus daha iki pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya hücum edən iki pilotsuz uçuş aparatının hücumunu dəf edib"- deyə, Sobyanin qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın pilotsuz təyyarələrin Moskva və Moskva vilayətinə hücumlarını şərh edərkən bildirib ki, hərbçilər təhlükəni azaltmaq üçün tədbirlər görür.