23 sentyabr 2025 14:54
473

İsveçrə və Fransa arasında razılıq əldə edilib

Vergi pozuntularına görə Fransa səlahiyyətliləri tərəfindən UBS-ə tətbiq edilən rekord cərimə demək olar ki, heçə endirilib. Sentyabrın 23-də İsveçrə bankı Fransa hakimiyyəti ilə işi həll etmək üçün razılığa gəldiyini açıqladı. Məhkəmənin ilkin olaraq təyin etdiyi 4,5 milyard avro əvəzinə bank qrupu 835 milyon avro ödəyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Fransa hakimiyyəti bu işi 2014-cü ildən araşdırır. Məlum olub ki, UBS illərdir varlı fransızlara vergidən yayınmağa kömək edirmiş. 2004-cü ildən 2012-ci ilə qədər olan bu dövrdə müştərilər vergi orqanlarından təxminən 10 milyard avro gizlədiblər.

2019-cu ilin fevralında Paris məhkəməsi UBS-in Fransadakı törəmə şirkətini 3,7 milyard avro cərimə ödəməyə məcbur etdi. Bu, Fransa hakimiyyətinin vergi pozuntularına görə indiyə qədər tətbiq etdiyi rekord cərimə idi. Banka həmçinin dəymiş ziyan və məhkəmə xərclərini ödəmək üçün əlavə 800 milyon avro ödəməyə qərar verilib.