Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
“İki sahil” xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.
Bu səbəbdən saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
Xilasedici xidmətlərin yerləşdirilməsi risklərin qiymətləndirilməsi əsasında aparılır
Dilçi-alim: Ana dili və hərbi ünsiyyət mədəniyyəti Azərbaycan Ordusunun mənəvi gücünü tamamlayan mühüm amillərdir
Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə...