Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
“İki sahil” xəbər verir ki, başsağlığında deyilir: "Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
Allah rəhmət eləsin".
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub