Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun məhkəməsi başlayıb.
“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.
O, DTX-də başlanılmış cinayət işi üzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycanda son illər aparılan sosial islahatların uğurları barədə məlumat verilib
Süni intellekt və rəqəmsal texnologiyalar gələcək əmək bazarını formalaşdıran əsas amillərdən biridir - MÜSAHİBƏ
Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib