Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.
Cənab F.Auld isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrimizin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub