09 oktyabr 2025 09:28
653

BDU-nun “THE-2026” reytinqində mövqeyi açıqlandı

Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2026-cı il üçün dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını açıqlayıb.

Bakı Dövlət Universitetindən (BDU) “İki sahil”ə verilən məlumata görə, 2191 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinq siyahısında BDU 1501+ diapazonunda qərarlaşıb və ölkə üzrə ikinci ən yüksək nəticəyə nail olub.

Qeyd etmək lazımdır ki, THE-nin 2026-ci il üçün dərc olunan reytinq nəticələrinə əsasən, BDU-nun "Tədris” (“Teaching”) indikatoru üzrə göstəricisi 22.9-dan 30.1-ə yüksəlib (31.4%). “Tədqiqat mühiti” (“Research Environment”) indikatoru üzrə göstərici isə 9.1-dən 10.1-ə çatıb (11%). Eyni zamanda, “Tədqiqat keyfiyyəti” (“Research Quality”) indikatoru üzrə qiymətləndirmə nəticəsi 17.8-dən 21.2-yə (19.1%), “Sənaye əlaqələri” (“Industry Income”) üzrə göstərici isə 19-dan 21-ə yüksəlib (10.5%). Bununla yanaşı, “Beynəlxalq perspektiv” (“International Outlook”) indikatoru üzrə göstərici 38-dən 45.4-ə çataraq (19.5%) artım nümayiş etdirib.

Məlumat üçün bildiririk ki, BDU THE tərəfindən dərc olunan “THE Dayanıqlılıq Reytinqində” (“THE Impact Ranking”) 401–600, “THE FənSadəcə başlıqda yazılsın: BDU-nun THE -2026 reytinqində mövqeyilərarası Elm Reytinqi”ndə (“THE Interdisciplinary Science Ranking”) 201–250, fizika elmləri üzrə fənn reytinqində 1001+, və mühəndislik üzrə fənn reytinqində 1001–1250 diapazonunda yer alır. Bu nəticələr BDU-nun akademik fəaliyyəti, tədqiqat potensialı və dayanıqlılıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanındığını göstərir.