08 oktyabr 2025 19:59
194

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda qəbul-görüşlər keçirib

Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə-Tərtər Seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib.  Qəbul Bərdə rayonunun Kətəlparaq və Piyadalar kəndlərində keçirilib.

Qəbul zamanı Xanlar Fətiyev həmin kəndlərdə kənd yollarının təmiri, içməli su, suvarma kanallarının təmizlədilməsi, işıq xətlərinin yenilənməsi və s. ümumi və həmçinin, vətəndaşların işlə təmin olunma, maddi yardımla bağlı və s. şəxsi problemləri ilə tanış olub, onları narahat edən müraciətlərin həllinə çalışıb.

Qəbulda vətəndaşları narahat edən problemlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Millət vəkili Xanlar Fətiyev həmçinin ərazidə yerləşən şəhid Qabil Bayramov adına Piyadalar kənd ümumi orta məktəbində və Piyadalar kənd uşaq bağçası–körpələr evində olub, oradakı şəraitlə tanış olub, müəllim və şagird kollektivi ilə görüşüb, onların problem və çətinlikləri ilə maraqlanıb.

Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.