13 oktyabr 2025 10:30
419

Qəbələdə avtomobillə vurulan iki piyadadan biri ölüb

Qəbələdə iki gün əvvəl avtomobillə vurulan piyadalardan biri xəstəxanada ölüb.

“İki sahil” Qəbələ Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Həkimlərin bütün səylərinə baxmayaraq, 62 yaşlı Yaqut Bəkirova ötən gün xəstəxanada vəfat edib. Başvermiş hadisə ilə bağlı araşdırmalar davam edir.