“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
O, deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.
Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.
Şabranda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 cinayət faktı aşkar edilib
Ombudsman Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib