"Neftçi" klubu yeni transferini açıqlayıb.
“İki sahil” paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı Vensan Abubakarla müqavilə imzalanıb.
Klub sosial şəbəkə səhifələrində kamerunlu futbolçu ilə bağlı video paylaşıb.
Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri qardaş ölkənin digər təmsilçisi "Hatayspor" olub.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər