SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (İB) təşkilatçılığı ilə “Podratçıların SƏTƏMM üzrə idarə olunması” mövzusunda forum keçirilib.
“Təhlükəsizlik hər birimizin məsuliyyətidir” devizi altında təşkil olunan forumda SOCAR, Fövqəladə Hallar Nazirliyi, ASCO, UBOC, EKOL, eləcə də digər şirkətlərdən ümumilikdə 200 nəfərə yaxın rəhbər şəxs və SƏTƏMM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) üzrə mütəxəssis iştirak edib.

Forumun rəsmi hissəsində çıxış edən SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov istehsalatda SƏTƏMM tələblərinin düzgün və ardıcıl şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, forumun əsas məqsədinin sifarişçi və podratçı şirkətlər, həmçinin aidiyyəti dövlət qurumları arasında əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ümumilikdə SƏTƏMM sahəsində risklərin effektiv idarə olunması istiqamətində birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və koordinasiyalı fəaliyyətin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.
Forum SƏTƏMM üzrə mütəxəssislərin risklərin idarə olunması, proses təhlükəsizliyi, innovativ yanaşmalar, rəqəmsal transformasiya və digər mövzularda çıxışları, panel və masa müzakirələri ilə davam etdirilib, iştirakçılar tərəfindən çoxsaylı suallar səsləndirilib və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, forumun hər il keçirilməsi nəzərdə tutulur.
Orxan Vahidoğlu, “İki sahil”
Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə