Asiya Olimpiya Şurasının İcraiyyə Komitəsi dördüncü Asiya Gənclər Oyunlarının 2029-cu ildə Daşkənddə keçirilməsinə qərar verib.
“İki sahil” xəbər verir ki, bu barədə Podrobno.uz xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, qərar yarışın Bəhreyndə keçirilən bağlanış mərasimində elan edilib.
Özbəkistan Milli Olimpiya Komitəsi sədrinin birinci müavini Otabek Umarov Asiya Olimpiya Şurasının bayrağını rəsmi nümayəndələrdən qəbul edib.
Beləliklə, dörd ildən sonra Özbəkistan Asiyanın ən böyük gənclər idman tədbirlərindən birinin ev sahibi şəhəri olacaq.
Xatırladaq ki, 2025-ci il Oyunları əvvəlcə Daşkənddə keçirilməsi planlaşdırılırsa da Daşkənddə Olimpiya Kəndinin tikintisindəki gecikmələr lə əlaqədar Bəhreynə köçürülüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
G7 Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları fonunda Kiyevə dəstək vəd edir
Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb