Azərbaycan xalqının müasir tarixi 8 Noyabr 2020-ci ildə yeni bir mərhələyə qədəm qoydu. Bu tarix Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli qürurunun bərpası ilə əlamətdar oldu. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək, xalqımıza çoxdan gözlənilən Qələbə sevincini yaşatdı.
Prezident İlham Əliyevin bu tarixi hadisə ilə bağlı dediyi “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” sözləri bu Qələbənin əbədi dəyərini və mənəvi böyüklüyünü ifadə edir.
Bu Zəfər bir millətin dirçəliş simvoluna çevrildi. 30 ilə yaxın davam edən işğalın sonu, ədalətin və haqqın bərpası idi bu gün.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 8 Noyabr tarixi Zəfər Günü elan edildi.Bu qərar təkcə qələbənin qeyd olunması deyil, həm də xalqımızın birliyinin, qəhrəman oğul və qızlarımızın fədakarlığının, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyırdı.
Hər il ölkəmizin bütün bölgələrində, məktəblərdə, hərbi hissələrdə, dövlət qurumlarında və ictimai təşkilatlarda Zəfər Günü möhtəşəm tədbirlərlə qeyd olunur. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün fəxarət, iftixar və milli birlik gününə çevrilib.
Zəfər Günü Azərbaycan dövlətçiliyinin tarixində yeni bir dövrün, “Qarabağ Azərbaycandır!” çağırışının rəmzi oldu. Bu günün təsis edilməsi xalqımızın milli yaddaşında əbədi qalacaq və gələcək nəsillərə vətənpərvərlik dərsi kimi ötürüləcək.Azərbaycan xalqının 44 günlük müharibədə əldə etdiyi möhtəşəm Qələbə bir daha sübut etdi ki, güclü dövlət yalnız güclü liderin rəhbərliyi altında formalaşa bilər.Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbənin siyasi, diplomatik və strateji memarıdır. O, beynəlxalq arenada 30 il boyu ədalətin bərpası üçün ardıcıl və prinsipial mövqe nümayiş etdirdi, ordumuzun müasir tələblərə uyğun qurulmasına, silahlanmasına və texnoloji inkişafına şəxsən rəhbərlik etdi.Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti həm ön cəbhədə, həm də informasiya cəbhəsində xalqın mənəvi dayaq nöqtəsinə çevrildi. Onun “Qarabağ Azərbaycandır!” şüarı milyonlarla azərbaycanlının qəlbində birliyə, inama və qələbəyə çevrildi.
Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa kimi strateji şəhərləri azad edərək, 2020-ci il noyabrın 8-də Şuşanın azadlığı ilə müharibəni zəfərlə başa vurdu.Bu tarixi hadisə Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəfər Günü münasibətilə dəfələrlə qeyd edib ki, bu qələbə təkcə hərbi və siyasi sahədə deyil, həm də mənəvi, humanist məzmun daşıyır. 2021-ci ildə Zəfər Günü münasibətilə amnistiya elan edilməsi bu humanist siyasətin bariz nümunəsidir.
Amnistiya aktı dövlətimizin insanpərvər siyasətinə, milli birliyin, tolerantlığın və mərhəmət hissinin gücləndirilməsinə xidmət edir. Bu təşəbbüs həm də Müzəffər Azərbaycan dövlətinin insani dəyərlərə sadiqliyini nümayiş etdirir.Amnistiya ilə bir çox vətəndaşlar azadlığa qovuşdu, ailələrinə, cəmiyyətə yenidən inteqrasiya etmək imkanı əldə etdilər. Bu, dövlət başçısının “Zəfərimiz birliyimizdədir” prinsipinin real təzahürüdür.
Bu gün Zəfər Gününün ildönümləri təkcə bir tarixi hadisənin xatırlanması deyil, həm də vətənpərvərliyin, birlik və yenilməzliyin təntənəsidir.
Məktəblərdə, universitetlərdə, mədəniyyət ocaqlarında və hərbi hissələrdə keçirilən tədbirlər, sərgilər, bədii gecələr bu günün mənəvi yükünü nəsillərə daşıyır. Gənclər üçün Zəfər Günü təkcə qələbə tarixi deyil, həm də vətənə sevgi, sadiqlik və fədakarlıq dərsidir. Hər bir azərbaycanlı bu günün fəxarətini yaşamaqla yanaşı, bu ruhu qorumağı öz vətəndaşlıq borcu sayır.
Prezident İlham Əliyevin dediyi kimi: “Bu Qələbə bizim tariximizdə əbədi yaşayacaq. Azərbaycan xalqı bu qələbəni öz birliyi, öz əzmi, öz liderinə olan inamı ilə qazandı.”
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixində ən şanlı, ən möhtəşəm səhifələrdən biridir.
Bu Zəfər xalqımızın birliyini, dövlətimizin gücünü, ordumuzun rəşadətini və rəhbərimizin qətiyyətini bir daha təsdiqlədi.
Zəfər Günü təkcə qələbə günü deyil, həm də ədalətin, milli kimliyin və dövlət suverenliyinin simvoludur.
Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan elminin inkişafına dövlət baxışı və strateji istiqamətlər - AMEA-nın 80 illiyi
Elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması genişmiqyaslı islahatlar səviyyəsinə çatıb