Bu gün Braziliyanın Belen şəhərində keçirilən COP30-un rəsmi açılış mərasimində Andre Korrea do Laqo COP30-un Prezidenti seçilib.
“İki sahil” xəbər verir ki, Prezidentin səlahiyyətlərini COP29-un Prezidenti, Azərbaycan Respublikasının iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Andre Korrea do Laqoya təqdim edib. Bununla da BMT-nin iqlim sammitlərinə sədrlik Azərbaycandan Braziliyaya keçib.
Qeyd edək ki, COP29 tarixdə ilk dəfə olaraq Cənubi Qafqaz regionunda – Bakıda təşkil olunmuşdu və sammit zamanı “Bakı Maliyyə Məqsədi (Baku Finance Goal)” adlı yeni qlobal iqlim maliyyə razılaşması qəbul edilmişdi. COP29, həmçinin “Bakıdan Belenə Yol Xəritəsi” ilə 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin səfərbər olunması üçün praktiki plan təqdim etdi. Bu sənəd COP29 və COP30 prezidentlikləri arasında sıx əməkdaşlığın əsasını qoydu.
Belen COP-u isə bu xəritənin həyata keçirilməsi və Bakı razılaşmalarının tətbiqi mərhələsi kimi tarixə düşəcək.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib