Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Karaçi şəhərində keçiriləcək “IDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak edəcək.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 22-dən 25-dək davam edəcək səfər çərçivəsində Y.Camalovun Pakistanın dövlət rəsmiləri, habelə sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.