21 noyabr 2016 14:12
389

Ermənilər atəşkəsi 25 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.

“İki sahil”in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məhərrəm Ağalaroğlu