Silahlı Qüvvələrin ehtiyaclarının operativ və keyfiyyətli təmin edilməsi məqsədilə müdafiə sənayesi müəssisələrində genişmiqyaslı modernizasiya işləri aparılır, istehsal sahələri yenilənir, rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsi artırılır.
“İki sahil” xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbirdə deyib.
V.Mustafayev zavodların istehsal imkanlarının artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edildiyini, eyni zamanda, ixrac potensialının genişləndirildiyini diqqətə çatdırıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub