Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hərbi hissələrdə şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb.
“İki sahil” xəbər verir ki, şəxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.
HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub