22 dekabr 2025 13:53
193

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Əbrəqunus kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı, eyni zamanda, Bənəniyar kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Şamil Telman oğlunun anası Hüseynova Sona Bayramqulu qızının yas mərasimində də iştirak edib.