KÖŞƏ

Vəli İlyasov

“Əli Kərimli siyasi meyitdir”

24 noyabr 2016 23:49
927

Son vaxtlar  Əli Kərimlinin AXCP-si ilə Razi Nurullayevin rəhbərlik etdiyi AXCP müxalifət düşərgəsində liderlik uğrunda  mübarizəni daha da gərginləşdiriblər. Qarşılıqlı ittihamlar, biabırçı faktlar, hədələr baş alıb gedir. Həmin  partiyalar inhisarlarında  olan qəzetləri də bu işə qoşaraq informasiya “döyüşünə”  çıxıblar.

Razi  Nurullayevin AXCP-si daim hücumçu rolunda çıxış edərək Əli Kərimlinin bütün siyasi fəaliyyətini  təhlil edərək onun korporativ maraq və xalqa zidd hərəkıtlərini ictimailəşdirir. Müxalifətin sentyabr mitinqlərindən qazanc yeri kimi istifadə edən Əli Kərimlinin digər cəbhədaşlarına badalaq gəlməsini də cəmiyyətə faş edənlərdən biri, bəlkə də birincisi Razi Nurullayevin partiyasının üzvləri  oldu. Onlar mətbuatda çap etdirdikləri bir neçə məqalədə bildirdilər ki, Əli Kərimli AXCP-nin deyil,  yalnız kiçik qrup olan “Yurd” birliyinin başçısıdır. Həmin məqalələrdən birində Razi Nurullayev Əli Kərimlini “siyasi meyit” adlandıraraq yazır ki, onu “diriltmək” kimlərinsə marağındadır. Müəllif  yazır:   “Əli  Kərimlinin yenidən  siyasi  səhnə üçün  dirildilməsi prosesi  işləndi.  Ona görə  bunu deyirəm ki, biz neçə vaxtdır Azərbaycan  siyasətində yeniliyin, islahatların tərəfdarı  idik.  Lakin heç  bir zaman deməmişik ki, Əli Kərimli klassik mənada xəyanətkardır. Bəli, özünün marağı olmayan, siyasəti işləməyən yerdə o, düşmənə çevrilir, bu, birmənalıdır.”

Bununla ürəyi soyumayan R.Nurullayev bədxah həmkarının  ABŞ-ın və  Qərbin antiazərbaycan dairələri ilə əlbir olduğunu söyləyir.  Bildirir ki,  həmin  dairələrin pullu  tapşırıqlarını  yerinə yetirən  Əli  Kərimli xaricə  adam daşımaqda onlardan  lazımi  dəstək  alır. Mühacir  biznesi isə ona  külli  miqdarda pullar qazandırır. Belə ki, o, tanınmamış adamlardan  600,  nüfuzlu şəxslərdən 300 manat  alaraq onlara bilet verir  və  partiya üzvlüyünə  qəbul  edir.  Həmin adamlar “siyasi mühacir”  və ya “qaçqın” adı ilə xaricə gedəndə isə hər birindən 6-7 min pul  manat  alaraq “statuslu” arayış verir. Qeyd olunur ki, bu qazanclı işdə  Əli  Kərimliyə oğlu Türkel menecerlik  edir.  Azərbaycanın hüdudlarından  kənarda  yaşayan Türkel  Kərimli Avropaya  adam  daşımaqla məşğul  olur və  atasına “layiqli”   kömək  göstərir.

Gəlirli biznesi ilə bərk məşğul olan partiya sədri hərdən başı ayazıyanda siyasi rəqiblərinə, o cümlədən də Razi Nurullayevə  qarşı hücuma  keçərək onları  neytrallaşdırmağa çalışır. Məsələn,  bu yaxınlarda  o, “qara məni basınca, qoy  qaranı mən  basım” deyərək mühacir biznesi ilə Razi Nurullayevin məşğul olduğunu  iddia  edib.  Yəqin belə yerdə deyiblər ki, “Adımı sənə qoyum, səni yana-yana”.  Nurullayevçilər isə bu  iddianı rədd  edərək  bildiriblər ki,  partiyanın  möhürü  Əli Kərimlidədir və bütün sənədləri  də o verir.  Nurullayevçilər  “cavab zərbələri çərçivəsində”   mətbuatda daha  bir  köhnə  sirrin  üstünü açıblar.  Bildiriblər  ki,  mühacir  biznesi  əvvəllər Müsavatın  əlində  idi.  Yaxşı qazanc  mənbəyini  görən  Əli Kərimli  hiylə  işlədərək onlara şərik olub. Sonra isə  ortaqlarına  badalaq gələrək  gəlirli  biznesi rəqibinin əlindən alıb. İndi  isə ata-bala kərimlilər  Strasburqda yeni  bir  təşkilat  yaradıb  mühacir  biznesini  yalnız  öz  əllərində cəmləşdirməyə çalışırlar. Mühacir biznesinin təkmilləşdirilməsində ata-balaya Qənimət Zahidov sədaqətlə xidmət göstərir. Kərimlilər orada yerli turizm şirkətlərindən biri ilə şərik işləyirlər.  Görünür,  şərik istəməyən kərimlilər bütün  pullara  şəriksiz  sahib  olmaq iştahasındadırlar.