27 noyabr 2016 14:47
338

Ermənistana məxsus PUA məhv edilib

Ermənistan silahlı qüvvələrinə (SQ) məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan SQ-nin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.