Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Tani və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun da iştirak etdiyi görüşlərdə “DIMDEX 2026” sərgisinin ölkələrin dənizdən müdafiə qabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər hərbi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edərək Azərbaycan ilə Qətər arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini bildirib, habelə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub