Niderland ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına qoşulmayacaq.
“İki sahil” xəbər verir ki, qərar barədə Niderlandın xarici işlər naziri vəzifəsini icra edən David van Vil NPO2 telekanalında bildirib.
"Xeyr, biz (Sülh Şurasında-red) qəti şəkildə iştirak etməyəcəyik. Əksər Aİ ölkələri də iştirakdan imtina edib", - o bildirib.
Van Vilin sözlərinə görə, Yaxın Şərq üçün Qəzza sülh planının qısa zamanda həyata keçirilməsi vacibdir. "Sülh Şurası bu məsələdə daha praqmatikdir, lakin biz Aİ-də daha prinsipial mövqe tuturuq", - o əlavə edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir