Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılacaq.
Bu məqsədlə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı olmayacaq.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir