Ankarada Azərbaycanın hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov Çorum və Amasya vilayətlərində Gürcüstanda C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş Türkiyə hərbçilərinin ailələrini ziyarət edib.
“İki sahil” xəbər verir ki, səfər zamanı general-mayor Zaur Zeynalovu Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndələri müşayiət ediblər.
Vətən Müharibəsi Qəhrəmanı şəhidlər Burak İbbig və Hamdi Kaplanın məzarları önündə onların xatirəsini ehtiramla yad edib və hərbçilərin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib. İki qardaş ölkənin şəhidlərinin ruhuna dualar oxunub, qəhrəmanların ailələrinə iki ölkə və xalqlar arasında qardaşlıq və birliyin sarsılmazlığının rəmzi olaraq Azərbaycan bayrağı təqdim olunub.
Qəhrəmanların ailə üzvləri və yaxınları şəhidlərin xatirəsinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıqlarını bildiriblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub