02 dekabr 2016 14:36
349

MN: Əməliyyat şəraiti tam nəzarətimizdədir

Azərbaycan Müdafiə Nazirliyi düşmənlə təmas xəttində vəziyyətlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır. Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir.