Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun (SADMİAK) 28-ci buraxılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə hərbi liseyin ərazisindəki Heydər Əliyev muzeyi ziyarət olunub, Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Keçirilən kursun əhəmiyyətindən danışan rektor milli müdafiə təhlükəsizliyinin gücləndirilməsinə, strateji planlaşdırmanın dərinləşdirilməsinə, həmçinin dövlət qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini xüsusi vurğulayıb.
Sonra kursu bitirənlərə sertifikatlar təqdim olunub.
Tədbirin bədii hissəsində Azərbaycan, Türkiyə və Pakistan respublikalarının milli müsiqiləri səsləndirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub