Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X"dəki hesabında məlumat yayılıb.
Liderlər Türkiyə ilə İraq arasındakı ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə İraqın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyini bildirib. O qeyd edib ki, terrorizmlə mübarizə mövzusunda əməkdaşlığı artırmaq hər iki ölkənin xeyrinədir.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib