10 avqust 2026 01:26
74

Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib

Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib.

“İki sahil” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən mətbuat konfransında deyib.

Pezeşkian Bakı ilə münasibətlərin yaxşılaşdığını bildirib və Azərbaycanın müharibə zamanı göstərdiyi yardımı ayrıca qeyd edib.

Onun sözlərinə görə, aparılan danışıqlardan sonra nəqliyyat marşrutları, eləcə də İran bankının və səfirliyinin fəaliyyəti bərpa olunub.

“Müharibə zamanı onlar müxtəlif marşrutlarla – istər Rusiyadan gələn tədarüklər, istərsə də öz imkanları hesabına – bizə əhəmiyyətli yardım göstərirdilər. Bizim ehtiyac duyduğumuz bütün məsələlərdə bizə dəstək olurdular”, - deyə M. Pezeşkian bildirib.