Yunanıstanda fermerlər traktorları ilə paytaxt Afinada etiraz aksiyası keçiriblər.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, fermerlər dövlət subsidiyaları ilə bağlı korrupsiya araşdırmaları səbəbindən gecikən ödənişlərin verilməsini və istehsal xərclərini azaltmağa yönəlmiş dəyişikliklər tələb ediblər.
Məlumata görə, həftələrdir ölkənin müxtəlif bölgələrində yolları bağlayan fermerlər bu dəfə paytaxta gələrək aksiyanı davam etdiriblər.
Etirazçılar Sintaqma meydanında toplaşaraq traktorlarını parlament binasının qarşısında parklayıblar. Aksiyaya ictimai və özəl sektor işçiləri, tələbələr və bir sıra qeyri-hökumət təşkilatları da dəstək verib.
Fermerlər artan istehsal xərcləri və aşağı məhsul qiymətlərinin onalar üçün problem yaratdığını bildiriblər.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib