Havanadakı "Niko Lopes" Neft Emalı Zavodundakı anbarlardan birində yanğın baş verib. Yanğın lokallaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Kubanın Energetika və Dağ Mədən Nazirliyinin mətbuat xidməti "X" sosial şəbəkəsində xəbər verib.
"Bu gün günortadan sonra "Niko Lopez" Neft Emalı Zavodunda yerləşən anbarlardan birində baş verən yanğın nəzarət altına alınıb. Səbəb müəyyən edilir", - açıqlamada deyilir.
Hadisə nəticəsində zərərçəkənlər və dəyən ziyan barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb. Bundan az müddət əvvəl sosial şəbəkələrdə sahil anbarından çıxan qatı qara tüstünün görüntüləri yayılıb.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib