Sakit Okeanda Vanuatu Respublikasına məxsus olan Espiritu-Santo adasının qərb sahilində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri Port-Olri şəhərindən 59 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib