İsraili güclü qum fırtınası bürüyüb.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İsrailin böyük hissəsini qum fırtınası əhatə edib ki, bu da görünüşü duman kimi pisləşdirib. Yaşayış məntəqələrinin küçələrində avtomobillər qum və tozla örtülüb.
Qum fırtınasını ölkəyə Şimali Afrikadan cənub-qərb küləkləri gətirib.
Səhiyyə Nazirliyi ürək və ağciyər xəstəlikləri olan sakinlərə, habelə yaşlılar, hamilə qadınlar və uşaqlara tövsiyə edib ki, bu gün açıq havada olmasınlar və küçədə intensiv fiziki fəaliyyətlə məşğul olmasınlar.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib