Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İsveçrədə keçirilən Rusiya–Ukrayna danışıqlarının gündəliyinə kəskin siyasi mövzular, o cümlədən Donbasdakı vəziyyət və Zaporojiye Atom Elektrik Stansiyası ətrafındakı durum daxil edilib.
“İki sahil” xəbər verir ki, Ukraynanın “Novosti.LIVE” nəşrinin yaydığı məlumata görə, Zelenski görüşün nəticələrini şərh edərkən qeyd edib ki, müəyyən işlənmiş təkliflər mövcuddur, lakin tərəflərin mövqeləri hələ də fərqlidir.
“Biz görürük ki, müəyyən işləmələr var. Hələlik mövqelər fərqlidir, danışıqlar asan keçmədi”, – deyə o bildirib.
Prezident əlavə edib ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər prosesi davam etdirmək və irəliləmək barədə razılığa gəliblər.
Hakan Fidan: Türkiyənin Kiyev və Moskva ilə münasibətlərinin tərəfləri qıcıqlandıracağını düşünmürəm
Rəsmi Ankara: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı ittifaqın hədəfi deyil