Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 264,1 milyon manat olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % çoxdur.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,5 %-ni təşkil edib.
Bu ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 123,2 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 14,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Akademik: Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır
Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib
Dilçi-alim: Orfoqrafiya qaydalarına əməl olunması dilimizin qorunmasına töhfə verir