Şəkidə yaşayış binası yanıb.
Hadis M.Ə. Rəsulzadə prospektində yerləşən beşmərtəbəli binada qeydə alınıb. Tural İsmayılova məxsus üçotaqlı mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alıb binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma başlanılıb.
AZƏRTAC
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır
Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub