08 dekabr 2016 16:47
421

Ermənistan əsgəri özünü güllələyib

Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 20 yaşlı əsgər Albert Postolokyan dekabrın 7-dən 8-nə keçən gecə hələ ki müəyyənləşdirilməmiş vəziyyətdə ölüb.

Hadisə gecə saat 02:45-də Qarabağın şimal-şərqində dislokasiya olunan hərbi hissədə qeydə alınıb.

Postolokyanın ölümünə səbəb qeyri-müəyyən şəraitdə güllə yarası alması olub.

Onun özünü güllələdiyi də istisna olunmur.