Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.
"Tayfun"un yeni növləri hazırlanır, "Seyir" raketləri də hava hücumundan müdafiə (HHM) sistemləri üçün problem yaradır",- türkiyəli nazir bildirib.
Onun sözlərinə görə, Türkiyənin digər raketləri də HHM sistemləri üçün asan hədəf deyil. M. Kacır bildirib ki, 2026-cı ildə Türkiyənin raket proqramında irəliləyiş gözlənilir:
"Bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur, amma kimlərinsə bizim torpaqlarda gözü olmasın deyə hərbi potensialımızı gücləndirməliyik".
ABŞ HDQ Hörmüz boğazını minalardan təmizləmək üçün sualtı dronlardan istifadə edir
Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq
Bolqarıstanda keçirilən parlament seçkiləri üzrə “exit-poll” nəticələri açıqlanıb