Omanda Hörmüz boğazında, Musandam vilayətinin sahilləri yaxınlığında qəzaya uğrayan GFS Galaxy gəmisinin 23 ekipaj üzvü xilas edilib, itkin düşən bir dənizçinin axtarışları davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Oman Sultanlığının Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
"Fövqəladə hallar xidmətləri Kipr Respublikasının bayrağı altında hərəkət edən GFS Galaxy ticarət gəmisi tərəfindən verilən fəlakət siqnalına reaksiya verib, 23 heyət üzvünü xilas etmək mümkün olub", - deyə bəyanatda bildirilir.
Qeyd olunub ki, hadisə sahildən 4,4 dəniz mili məsafədə baş verib.
Daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat vermişdi ki, konteyner gəmisinin Oman sahillərindən 16 kilometr şərqdə arxa hissəsi zədələnib və nəticədə göyərtədə yanğın baş verib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq