Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmiləri və həyətyanı sahələri subasmaya məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.
İnternet provayderlərin rəsmi internet resurslarının mövcudluğu istehlakçı hüquqlarının qorunması üçün vacibdir
Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?