İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinə hücum edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.
ABŞ və İsrailin hücumlarını şərh edən M.Musəvi bildirib ki, İran daha əvvəl də oxşar təxribatla sınaqdan keçirilib.
Musəvi ABŞ və İsrailin "odla oynadığı"nı qeyd edib:
"ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinin əməkdaşları dərhal iş yerlərini tərk etməlidirlər ki, həyatları təhlükəyə məruz qalmasın". (Report)
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir