03 iyul 2026 08:21
95

Ronaldu Portuqaliya - Xorvatiya matçının ən yaxşı oyunçusu olub

Futbol üzrə dünya çempionatında Portuqaliya və Xorvatiya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu bəlli olub.

“İki sahil” xəbər verir ki, portuqaliyalıların heyətində Kriştianu Ronaldu oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu sözügedən matçda (2:1) bir qol vurub.