16 aprel 2026 11:16
178

“İqtisadi islahatlar” jurnalı “Dimensions” və “Scilit” platformalarında indeksləşdirildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı növbəti mühüm beynəlxalq uğura imza ataraq “Dimensions” və “Scilit” kimi qlobal elmi məlumat və analitika platformalarında indeksləşdirilib.

“İki sahil” xəbər verir ki, bu nailiyyət “İqtisadi islahatlar” jurnalının qlobal akademik mühitdə mövqeyini əhəmiyyətli dərəcədə artırır, elmi məqalələrin sitatlarının izlənməsi və tədqiqatların təsirinin ölçülməsi üçün yeni imkanlar yaradır.

Qeyd olunan uğur İİTKM-in beynəlxalq elmi informasiya məkanına inteqrasiya strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Bununla yanaşı, jurnal artıq bir sıra digər nüfuzlu beynəlxalq bazalarda da təmsil olunur. Belə ki, jurnal BMT-nin “Food and Agriculture Organization of the United Nations” təşkilatının qlobal elmi informasiya sistemi olan “FAO AGRIS” bazasında indeksləşdirilib, İİTKM isə AGRIS platformasında rəsmi “Data Provider” (ID: AZ1) statusu əldə edib. Bu fəaliyyətə görə Mərkəz “Active Data Provider of the Year 2026” beynəlxalq mükafatı ilə təltif olunub.

“Dimensions” platformasında yerləşdirilən nəticələri aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://app.dimensions.ai/discover/publication?search_mode=content&search_text=Economic+Reforms&search_type=kws&search_field=full_search

Jurnalın “Scilit” bazasında indeksləşdirilmiş nəşri:

https://www.scilit.com/publications/702ecf5f1ee856dac9c4982483f9af08

İİTKM-in “AGRIS” sistemində rəsmi institusional profili:

https://www.fao.org/agris/data-provider/center-analysis-economic-reforms-and-communication

Jurnalın “AGRIS” platformasında yerləşdirilən materialları:

https://agris.fao.org/search/en/providers/126334

Qeyd edək ki, jurnalın “Scopus” başda olmaqla digər nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilməsi istiqamətində işlər davam etdirilir.