Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.
Araşdırmalar davam etdirilir.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb